Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb

A- A A+

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: