HƏMAS İsrail tərəfinin Qəzza zolağında martın 1-də başa çatacaq atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılması təklifləri ilə razılaşmır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Misirin “Al-Ghad” telekanalı məlumat yayıb.
Onun mənbələrinin məlumatına görə, HƏMAS sövdələşmənin ikinci mərhələsi üzrə danışıqlara dərhal başlamaqda israr edir.
Bundan əvvəl HƏMAS Qəzza zolağında atəşkəs razılaşmalarının icrasını davam etdirməyə hazır olduğunu rəsmən bəyan edib. Bundan əlavə, beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə və onu dərhal razılaşmanın ikinci mərhələsinə keçməyə razı salmağa çağırıb.