Qazaxıstan və Aİ arasında illik ticarətin dəyəri 50 milyard dollara çatıb

A- A A+

2024-cü ildə Qazaxıstanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 2023-cü ilə nisbətən 17 % artaraq 50 milyard ABŞ dollarına yaxınlaşıb.

NUHÇIXAN-ın məlumatına görə, bunu ölkənin baş naziri Oljas Bektenov bu gün "Qazaxıstan - Avropa İttifaqı" dialoq platformasının 16-cı iclasında bildirib.

"Aİ Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşıdır, ölkənin xarici ticarətinin 1/3-dən çoxu və cəlb etdiyi sərmayələrin yarısı onun payına düşür", - deyə O.Bektenov Aİ Nümayəndəliyinin müvəqqəti işlər vəkili Yohannes Baur və Avropanın bir sıra aparıcı korporasiyalarının başçılarının iştirak etdiyi görüşdə deyib.

2005-2024-cü illərdə Aİ ölkələrindən Qazaxıstana birbaşa investisiyaların məbləği 200 milyard ABŞ dollarından çox olub ki, bu da ümumi məbləğin 47,8 %-nə bərabərdir.

Y.Baur bildirib ki, Qazaxıstan və Aİ 2025-2026-cı illər üçün Strateji tərəfdaşlığa dair yeni Yol Xəritəsi hazırlayır.

"Yerli sahibkarlarla bu yaxınlarda keçirdiyim görüşdə xüsusilə Litva, Almaniya və Polşa kimi ölkələrdə Şengen vizasının alınmasında mövcud çətinliklərlə bağlı məsələ qaldırılıb. Qazaxıstan yükdaşıyıcıları iki aya qədər gözləmə müddəti, qısamüddətli (3 aya qədər) vizaların verilməsi və s. çətinliklərlə üzləşirlər ki, bu da onların fəaliyyətini xeyli çətinləşdirir. Beynəlxalq daşımalar üçün orijinal icazə blanklarının tələb edilməsi isə əlavə maneələr yaradır”, - baş nazir qeyd edib.

O.Bektenovun sözlərinə görə, bu məhdudiyyətlər Qazaxıstan şirkətləri üçün əlavə maneələr yaratmaqla yanaşı, Aİ ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafına təsir göstərir. O, Qazaxıstan iş adamları və yükdaşıyıcıları üçün prosedurların sadələşdirilməsi üzrə konstruktiv dialoqa ümidvar olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: