Yaponiyanın “Honda” şirkəti 2022-ci ildə İngiltərədəki fabrikini bağlamağa qərar verib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, fabrikin bağlanması 3500 nəfərin işsiz qalmasına səbəb olacaq.
Qeyd edək ki, bu fabrikdə “Honda Civic” modeli istehsal olunur. Avtomobillərin əksəriyyəti Avropa ölkələri və ABŞ bazarlarına ixrac edilir.