Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.
NUHÇIXAN-ın “Haber Global”a istinadən verdiyi xəbərə əsasən, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.
Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.
ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.