ABŞ hərbçiləri fevralın 23-də Suriyanın şimal-qərbinə endirdiyi hava zərbəsi nəticəsində “Əl-Qaida” ilə əlaqəsi olan “Hürrəs əd-Din” terror təşkilatının liderlərindən birini zərərsizləşdirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
“Fevralın 23-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava zərbəsi endirib və nəticədə “Əl-Qaida”nın qolu “Hurras” ad-Din”in yüksək rütbəli hərbi komandiri Məhəmməd Yusuf Ziya Talay öldürülüb”, - paylaşımda qeyd olunub.