Türkiyənin XİN başçısı Avropa liderlərinin Ukrayna ilə bağlı görüşlərinin sıx-sıx olacağını açıqlayıb

A- A A+

Avropa liderlərinin Ukrayna və Avropa təhlükəsizliyi məsələlərinə dair görüşləri daha sıx-sıx olacaq və iki-üç həftədən bir keçirilə bilər.

NUHÇIXAN-ın Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Londonda baş tutmuş Ukrayna üzrə Avropa liderlərinin görüşünün yekunları üzrə XİN başçısı Hakan Fidan deyib.

"Hazırda ABŞ-yə səfər edən Avropa liderləri tədbirləri və həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Onlar texniki qruplarına problemin həlli yollarını axtarmaq səlahiyyəti veriblər. Gələcəkdə bu görüşlər davam edəcək. Anladığımız kimi, onlar daha tez-tez olacaq. Yəni onlar altı aydan bir deyil, iki aydan bir deyil, bəlkə də iki-üç həftədən bir keçiriləcək", – Fidan bildirib.

Türkiyənin baş diplomatı qeyd edib ki, “ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında, xüsusən də Ukrayna məsələsi və ümumilikdə Avropa təhlükəsizliyi ilə bağlı suallar yaradıb”.

“Burada bu, açıq şəkildə müzakirə olunur. Təbii ki, biz bu müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına, Avropanın bu kontekstdə yeni təhlükəsizlik arxitekturasına sahib olub-olmayacağına hamımız birlikdə baxacağıq", – Fidan vurğulayıb.

O, Ukraynada “dərhal atəşkəs olacağına, ardınca isə daimi sülh razılaşmasına” ümid etdiyini söyləyib. Bununla belə, o qeyd edib ki, “müxtəlif ölkələrin bunu hansı üsullarla mümkün edəcəyi barədə fərqli fikirlər var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: