İsrailin İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı dinc fələstinlilər zərər çəkib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Qalkiliya şəhərinə, bir sıra kəndlərə hücum edilib. Məlumata görə, nəticədə bir nəfər yaralanıb. Əl-İssəviyyə şəhərində bir fələstinli hərbçilər tərəfindən həbs edilib. Bundan əlavə, Cenindəki qaçqın düşərgəsində gözyaşardıcı qazdan istifadə edilməsi nəticəsində üç aylıq körpə yaralanıb.