NASA "Blue Ghost 1" modulunun Ayın səthindən çəkdiyi ilk fotonu dərc edib.
NUHÇIXAN xəbər verir ki, görüntüyə Amerika Milli Kosmik Agentliyinin saytında baxmaq olar.
Bundan əvvəl NASA məlumat verib ki, "Firefly Aerospace" şirkətinin "Blue Ghost 1" modulu martın 2-də Bakı vaxtı ilə saat 12:34-də Ayın səthinə uğurla yumşaq eniş edib.
"Blue Ghost 1"i daşıyan "Falcon 9" raketi yanvarın 15-də ABŞ-nin Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzində Pad 39A-dan buraxılıb.