Peskov: Rusiya-ABŞ münasibətlərinin normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır

A- A A+

Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan azad olmaq lazımdır.

NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Bu sanksiyalara münasibətimiz yaxşı məlumdur - biz onları qanunsuz hesab edirik. İkitərəfli münasibətlərin normallaşmasına gəlincə, onları bu mənfi yükdən - yəni sanksiyalardan azad etmək lazımdır", - o qeyd edib.

Eyni zamanda, Peskov bildirib ki, bu məsələdə irəliləyişlə bağlı hələlik nəsə demək tezdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: