Makron nazirlər və hərbçilərlə ABŞ-nin Ukraynaya yardımının dayandırılmasını müzakirə edəcək

A- A A+

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılmasından sonra bir sıra nazirlər və ordu komandanlığının nümayəndələrinin iştirakı ilə bu gün iclas keçirəcək.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Görüşdə Baş nazir Fransua Bayru, silahlı qüvvələr naziri Sebastyan Lekornyu, xarici işlər naziri Jan-Noel Barro, XİN yanında Avropa məsələləri üzrə nazir Benjamen Addad və iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar iştirak edəcəklər.

Dövlət başçısı hökumət üzvləri ilə Kiyevə ABŞ yardımının dayandırılması ilə yanaşı, martın 6-da keçiriləcək Aİ sammitini də müzakirə edəcək. Sammitdə Ukraynaya yardımın və müdafiə xərclərinin artırılması müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: