ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə nadir torpaq metallarının hasilatının genişləndirilməsi ilə bağlı tarixi qərar bu həftə veriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə o, Konqresdəki çıxışında danışıb.
Tramp həmçinin bir sıra kritik mineralların hasilatını və istehsalını genişləndirməyi planlaşdırır.
Onun sözlərinə görə, bu, milli təhlükəsizliyi gücləndirmək, Çin və digər ölkələrdən idxaldan asılılığı azaltmaq üçün lazımdır.
Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən ölkədəki münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara hazır olduğunu bildirən məktub aldığını bildirib:
“Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda deyilir ki, Ukrayna uzunmüddətli sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.
Qeyd olunub ki, Zelenski və komandası uzunmüddətli sülhə nail olmaq üçün Trampın güclü rəhbərliyi altında işləməyə hazırdır. Zelenski öz məktubunda Ukraynanın istənilən vaxt resurslarla bağlı saziş imzalamağa hazır olduğunu da bildirib.