KİV: Starmer və Makron Zelenski ilə birlikdə Trampla görüşməyə hazırdır

A- A A+

Böyük Britaniya və Fransa liderləri Kir Starmer və Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə gələn həftə Vaşinqtona getməyə hazırdırlar.

Bu barədə NUHÇIXAN TASS və "The Daily Mail" qəzetinə istinadən xəbər verir.

Qəzetin mənbələri bildiriblər ki, Starmer və Makron sülh nizamlanması planı ilə bağlı Tramp qarşısında vahid cəbhədən çıxış etmək istəyirlər.

Nəşr qeyd edib ki, bu səfər Ağ Evdə Zelenski ilə Tramp arasında qalmaqallı mübahisədən və ABŞ-nin Kiyevə hərbi yardımının dayandırılmasından sonra Ukrayna-ABŞ münasibətlərini bərpa etmək cəhdləri fonunda baş tuta bilər.

“Daily Mail” yazıb ki, Böyük Britaniya hökuməti ABŞ-ni Ukraynaya silah tədarükünü bərpa etməyə razı salmaq üçün "bütün səviyyələrdə" çalışır.

Siyasətçilərin Trampa təqdim edə biləcəyi mümkün planın təfərrüatları açıqlanmayıb.

Bundan əvvəl Makron “Figaro”ya verdiyi müsahibədə Starmerlə birlikdə havada, dənizdə və Ukraynanın enerji infrastrukturu ilə bağlı bir aylıq atəşkəs təklifi irəli sürdüyünü bildirib. Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard belə bir razılaşmanın əldə olunduğunu təkzib edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: