Rubio: Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir

A- A A+

Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalının efirində söyləyib.

“Prezident Donald Tramp hesab edir ki, bu, uzun müddətdir davam edən və çıxılmaz vəziyyətə düşmüş bir münaqişədir. Düzünü desək, bu, nüvə dövlətləri arasında proksi müharibədir: Ukraynaya kömək edən ABŞ, digər tərəfdən də Rusiya. Buna son qoyulmalıdır”, – o bildirib.

Rubio əlavə edib ki, həm Kiyev, həm Amerika Konqresi, həm də bir sıra ölkələr əvvəllər belə düşünürdülər ki, Ukraynaya “vacib olan hər şeyi lazım olduğu qədər vermək” kifayət edəcək.

“Ancaq bu, strategiya deyil”, – ABŞ dövlət katibi vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: