ABŞ HƏMAS ilə girovların azad olunmasını müzakirə edir

A- A A+

Vaşinqton administrasiyası HƏMAS-la girovların azad olunması məsələsini müzakirə edir, lakin radikal Fələstin hərəkatına hər hansı nağd ödənişin mümkünlüyünü istisna edir.

NUHÇIXAN-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Vaşinqton administrasiyasının rəsmiləri ilə HƏMAS nümayəndələri arasında birbaşa təmasların olduğunu təsdiqləyib. "Biz israilli girovlardan danışırıq", - ABŞ lideri izah edib. “Biz HƏMAS üçün heç nə etmirik, onlara pul vermirik”, - Tramp vurğulayıb.

"Danışmaq lazımdır. Məsləhətləşmələr aparmaqla HƏMAS-a pul ödəmək arasında fərq var", - o əlavə edib. "Biz bu insanların (girovların-red) azad edilməsini istəyirik", - dövlət başçısı deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: