Parisdə İkinci Dünya müharibəsi dövrünə aid partlamamış bomba tapılıb

A- A A+

Fransanın paytaxtı Parisdə İkinci Dünya Müharibəsi dövründən qalma partlamamış bomba aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

Partlayıcı qurğu Parisdəki Gare du Nord vağzalı yaxınlığında aparılan işlər zamanı tapılıb. Paytaxtın polis prefekturasının xahişi ilə qatarların hərəkəti dayandırılıb.

“Associated Press” yazıb ki, bombanın aşkar olunduğu Şimal vağzalı Fransanın şimalındakı Brüssel və Niderland kimi beynəlxalq istiqamətlərə, həmçinin Parisin əsas hava limanına və bir çox regional istiqamətlərə xidmət göstərən böyük tranzit qovşağıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: