Avropa peyk operatorları Ukraynada “Starlink”i əvəz etməyə hazırdır

A- A A+

Avropanın dörd peyk operatoru ABŞ-nin “Starlink” rabitə sistemi bağlanarsa, Ukraynaya kömək etmək variantlarını araşdırır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, Lüksemburqun “SES”, İspaniyanın “Hisdesat”, Amerikanın “Viasat” şirkətinə məxsus Britaniyanın “Inmarsat” və Fransanın “Eutelsat/OneWeb” şirkətləri bu barədə öz hökumətləri ilə danışıqlar aparır.

Xəbəri “Hisdesat”ın baş direktoru Migel Angel Garcia Primo təsdiq edib və bildirib ki, İspaniya hakimiyyət orqanları üçün təhlükəsiz hökumət rabitəsini təmin edən onun şirkəti ilə bir neçə yüksək səviyyəli Avropa rəsmisi əlaqə saxlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: