Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Spitak şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.
Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda da hiss edilib.