Argentinada daşqın qurbanlarının sayı artıb, yüzlərlə insan təxliyə olunub

A- A A+

Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Buenos-Ayres əyalətinin polisi məlumat yayıb.

Qeyd edilir ki, daşqınlardan zərər çəkmiş liman şəhəri Baiya-Blanka şəhərində ölənlərin sayı artıb. Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilir.

Evlər və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib.

Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş şəhərə baxış keçirib.

 

Yerli medianın məlumatına görə, şəhərdə təxliyə edilənlərin sayı 900-ü keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: