KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub

A- A A+

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalarda 231 hökumət döyüşçüsü həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, qiyamın yatırılması əməliyyatının aparıldığı bölgələrdə onlarla döyüşçü itkin düşüb.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Ən şiddətli atışma Cebla şəhərində baş verib. KİV-in məlumatına görə, qarşıdurmalar zamanı yüzlərlə insan həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: