Finlandiya Ukraynaya 16 milyon avro humanitar yardım ayıracaq

A- A A+

Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya 16 milyon avro məbləğində humanitar yardımın göndəriləcəyini elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayımçısı nazirliyə istinadən məlumat verib.

Qeyd olunub ki, yardım BMT-nin humanitar qurumları və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Kiyevə çatdırılacaq.

Finlandiyanın Müdafiə Nazirliyi yanvarın 31-də Ukraynaya ümumi məbləği 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: