İran hələ ABŞ Prezidenti Donald Trampın ölkənin nüvə proqramı ilə bağlı məktubunu almayıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onu "bir ərəb ölkəsindən" olan vasitəçi çatdıracaq.
Qeyd edək ki, daha əvvəl Tramp İranın ali rəhbəri Əli Xameneiyə məktub göndərdiyini bildirmişdi.