Pakistanda sərnişin qatarının yaraqlılar tərəfindən ələ keçirilməsi zamanı azı 10 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Dawn" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qatarın maşinisti və azı səkkiz təhlükəsizlik xidməti əməkdaşı həlak olub. Nəşr vurğulayıb ki, ölənlərin sayı rəsmi hələ açıqlanmayıb. Bundan əlavə, əməliyyat tədbirləri başladıqdan sonra 37 nəfər xəstəxanaya yerləşdirilib.