Ərdoğan: Suriyadakı köhnə rejimin qalıqları terror cəhdləri ilə çirkli kampaniya aparırlar

A- A A+

Suriyadakı köhnə rejimin qalıqları terror cəhdləri edərək çirkli kampaniya aparırlar.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.

"Onlar millətimizin qardaşlığına qarşı təxribat törədir və bu yolla birgə yaşama iradəmizə qarşı sui-qəsd təşkil edirlər", - deyə Türkiyə Prezidenti qeyd edib.

R.T.Ərdoğan, həmçinin vurğulayıb ki, təxribat xarakterli açıqlamalarla Türkiyədə yeni bir problem, xaos yaratmağa çalışan qüvvələr var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: