Pakistanda sərnişin qatarının xilasetmə əməliyyatı tamamlanıb, 33 terrorçu öldürülüb

A- A A+

Pakistan təhlükəsizlik qüvvələri terror zamanı qatarda qalmış bütün sərnişinləri xilas ediblər və bildiriblər ki, əməliyyat zamanı 33 terrorçu məhv edilib.

NUHÇIXAN xəbər verir ki, təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində 300-dən çox girovu terrorçulardan azad edib.

Xidmətlərarası ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, 21 sərnişin isə terrorçu tərəfindən öldürülüb.

Pakistan dəmir yolu rəsmilərinin məlumatına görə, hücuma məruz qalan qatarda təxminən 440 sərnişin olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: