Denver aeroportunda təyyarənin göyərtəsində yanğın baş verib, 12 nəfər xəsarət alıb

A- A A+

ABŞ-nin Kolorado ştatında yerləşən Denver Beynəlxalq Aeroportunda “Boeing 737” təyyarəsinin göyərtəsində baş verən yanğın nəticəsində 12 nəfər xəsarət alıb.

NUUHÇIXAN xəbər verir ki, bu barədə CNN xəbər verir.

Məlumata görə, onlar xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, aeroportda “American Airlines” təyyarəsində tüstülənmə baş verib, daha sonra bu, yanğına çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarəni tələsik tərk etdiyi görünür. Şahidlərin sözlərinə görə, yanğının səbəbi reaktiv yanacağın alışması olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: