“Böyük Yeddilik” (G7) ölkələrinin xarici siyasət qurumlarının rəhbərləri İrandan nüvə silahı yaratmaq planlarından əl çəkməyi tələb ediblər.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə onların Kanadanın Kvebek əyalətində keçirilən görüşün yekunlarına dair dərc olunmuş birgə bəyanatında deyilir.
“İran regionda qeyri-sabitliyin əsas mənbəyidir, ona nüvə silahı hazırlamağa və ya ona malik olmağa imkan verilməməlidir”, - bəyanatın mətnində deyilir.
Nazirlər Tehranı siyasi kursu dəyişməyə, deeskalasiyaya keçidə və diplomatiyanın xeyrinə seçim etməyə çağırıblar.
Onlar həmçinin İranı ədliyyə sahəsində özbaşınalıqda və repressiya aləti kimi əcnəbilərə qarşı sui-qəsdlərin təşkilində ittiham ediblər.
Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, ABŞ və daha üç ölkənin İslam Respublikasında uranın zənginləşdirilməsi sürətinin artırılmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi tələbini tənqid etmişdi. Tehran ABŞ və Avropa “üçlüyünün” (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə yanaşmasını düşmənçilik kimi qiymətləndirir.