ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların 46-cı lideri Cozef Baydenin administrasiyasında işləyənlər də daxil olmaqla, bəzi keçmiş hökumət rəsmilərini müxtəlif qanun pozuntularına görə məsuliyyətə cəlb etməyə çalışdığını bildirib.
Bu barədə NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir.
"Onlar Amerika xalqının iradəsini pozmağa çalışmaq üçün bizim kəşfiyyat və hüquq-mühafizə orqanlarımızın böyük imkanlarından istifadə etdilər", - ABŞ Prezidenti sabiq hökumət rəsmilərinə, o cümlədən Bayden administrasiyasının keçmiş rəsmilərinə işarə edərək deyib. "Mən pozuntular və sui-istifadələrə görə tam məsuliyyət tələb edəcəyəm", - o, ABŞ Ədliyyə Nazirliyində çıxış edərkən vurğulayıb.
“Onlar mənim seçki kampaniyamın heyətində casusluq etdilər, bir-birinin ardınca şayiə və dezinformasiya əməliyyatı həyata keçirdilər, böyük miqyasda qanun pozuntularına yol verdilər, ailəmi, tabeliyimdə olanları və tərəfdarlarımı təqib etdilər, Mar-a-Laqodakı (Trampın Floridadakı mülkü - red) evimə basqın etdilər və Amerika Birləşmiş Ştatlarının lideri olmağıma mane olmaq üçün əllərindən gələni etdilər”, - Bayden vurğulayıb.
Tramp xatırladıb ki, əvvəllər ABŞ kəşfiyyatının 50-dən çox əməkdaşı Rusiyanın Cozef Baydenin oğlu Hanter Baydenin noutbuku vasitəsilə kompromatların yayımlanması ilə əlaqəli olduğunu iddia edib.
"Onlar bunun böyük bir yalan olduğunu bilirdilər", - Tramp əlavə edib. “Sonunda quldurlar məğlub oldular və həqiqət qalib gəldi”, - o əlavə edib.