BMT Baş katibi islamofobiyanın artmasına qarşı qlobal tədbirlərə çağırıb

A- A A+

BMT-nin Baş katibi Antonio Quterriş islamofobiyanın artması ilə bağlı narahatlığını ifadə edib və dünya birliyini dini azadlıqları qorumaq və düşmənçiliyə qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə martın 15-də qeyd olunan İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə videomüraciətində bildirib.

"Biz müsəlmanlara qarşı nifrətin narahatedici artımını müşahidə edirik", - A.Quterriş vurğulayıb.

O, hökumətləri sosial birliyi təşviq etməyə və dini azadlığın qorunmasını təmin etməyə, onlayn platformaları isə nifrətin yayılması və təqiblə mübarizə aparmağa çağırıb.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, müsəlmanlara qarşı törədilmiş hadisələrin sayı son bir il ərzində xüsusilə Böyük Britaniya, ABŞ və Hindistan kimi Qərb ölkələrində əhəmiyyətli dərəcədə artıb. Amerika-İslam Münasibətləri Şurasının (CAIR) hesabatına əsasən, 2024-cü ildə müsəlmanlara və ərəblərə qarşı insidentlərlə bağlı 8 658 şikayət qeydə alınıb ki, bu da 1996-cı ildən bəri ən yüksək rəqəmdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: