ABŞ-də qasırğa və tornadolar nəticəsində ölənlərin sayı artıb

A- A A+

ABŞ-də baş verən güclü qasırğa və tornadolar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “CNN“ kanalı bildirib.

Qeyd olunub ki, 15 nəfərin ölümünə səbəb tornado, digərlərinin isə qasırğalı küləklər və yanğınlar olub.

Məlumata görə, sürəti 130 km/saata çatan tornado ölkənin şərqinə doğru irəliləməkdə davam edir. Meteoroloqlar qasırğanın güclənəcəyi barədə xəbərdarlıq edib və sakinləri ehtiyatlı olmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: