Cənubi Koreya martda 5G şəbəkəsinin kommersiya istifadəsinə başlayacaq

A- A A+

Cənubi Koreya dünyanın 5G şəbəkəsinin kommersiya istismarına başlayan ilk ölkəsi olacaq.

NUHÇIXAN Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya baş nazirinin iqtisadi məsələlər üzrə müavini, planlaşdırma və maliyyə naziri Hon Nam Gi məlumat verib.

Qeyd olunur ki, 5G texnologiyası ötən ilin fevral ayında Pxençxan şəhərində qış Olimpiadası zamanı kütləvi şəkildə sınaqdan keçirilib. Yüksək sürətə malik 5-ci nəsil mobil əlaqənin kommersiya istismarına isə mart ayında başlamaq planlaşdırılır. Nazirin sözlərinə görə, Cənubi Koreyanın ən iri üç mobil operatoru – “SK Telecom”, KT və “LG Uplus” 5G-nin 2019-cu ildə bütün ölkə ərazisində tətbiq olunması üçün 3 trilyon von (2,6 milyard dollar) vəsait ayıracaq.

Beşinci nəsil mobil əlaqəni ilk dəfə test rejimində istifadə edən İsveç olsa da, bu ölkədə onun kommersiya istismarı 2021-ci ildən tez baş tutmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: