Paşinyan Antikorrupsiya Komitəsinin sədri vəzifəsinə Naapetyanın namizədiyini təklif edib

A- A A+

Ermənistan baş naziri Nikol Paşinyan Antikorrupsiya Komitəsinin rəhbəri vəzifəsinə İstintaq Komitəsinin sədr müavini Artur Naapetyanın təyin edilməsini təklif edir.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan sosial şəbəkə hesabında yazıb.

Daha əvvəl məlum olmuşdu ki, üç namizəd - Artur Naapetyan, Petros Martirosyan və Gevorg Koçaryan Antikorrupsiya Komitəsinin sədri vəzifəsinə müsabiqədən keçiblər.

N.Paşinyan qeyd edib ki, hər üç namizədlə görüşlər keçirib və seçimini A.Naapetyanın üzərində saxlayıb.

Onun namizədliyi təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: