ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə məktubuna cavab araşdırmadan sonra uyğun kanal üzrə göndəriləcək.
NUHÇIXAN İSNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Trampın məktubunun KİV-də dərc olunmasına əsas yoxdur: “Hazırda Donald Trampın məktubunu dərc etmək üçün imkanımız yoxdur. Məktubun məzmunu Trampın kütləvi çıxışlarından fərqlənmir və orada səslənən fikirlər əsasında hazırlanıb”.
Sözçü İranın xarici işlər naziri Abbas Əraqçinin bu günlərdə Omana səfərinin ABŞ Prezidentinin məktubu ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb. O, bu səfərin öncədən planlaşdırıldığını da qeyd edib.
Ötən gün mediada bildirilmişdi ki, nazir Omana Xaməneinin Trampa cavab məktubunu aparıb.