Avropa İttifaqı (Aİ) Şurası makromaliyyə proqramı çərçivəsində Ukraynaya 3,5 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında bildirilib.
"Şura Ukraynaya təxminən 3,5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib. Bununla da Kiyevin bir il bundan əvvəl yaradılan Ukrayna Fondu çərçivəsində aldığı vəsaitin məbləği təxminən 20 milyard avroya çatacaq", - məlumatda qeyd olunub.