ABŞ təyyarədaşıyan gəmisinə hücuma cəhd edən husilərin 11 dronu vurulub

A- A A+

ABŞ hərbçiləri Qırmızı dənizdə “USS Harry Truman” aviadaşıyıcısına hücum cəhdi edən Yəmənin "Ənsar Allah" (husi) hərəkatının 11 pilotsuz uçuş aparatını (PUA) vurublar.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

ABŞ administrasiyasındakı mənbələr 10 PUA-nın ABŞ hərbi hava qüvvələri tərəfindən, birinin isə hərbi dəniz qüvvələrinin təyyarəsi tərəfindən vurulduğunu bildiriblər.

Qeyd olunub ki, husilər, həmçinin bir ballistik raket də atıblar, lakin o ABŞ gəmilərindən uzaqda düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: