Rusiyanın daxili və xarici dövlət borcu kəskin artıb

A- A A+

Rusiya Federasiyasının 2024-cü il üçün dövlət borcunun həcmi 13,5% və ya demək olar ki, 3,5 trilyon rubl artaraq 29 trilyon rubl təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Hesablama Palatasının 2024-cü il üzrə federal büdcənin icrasının gedişi ilə bağlı analitik qeydində deyilir.

Qeyd olunub ki, 2024-cü ildə Rusiyanın dövlət borcu 3445,5 milyard rubl və ya 13,5% artaraq 2025-ci il yanvarın 1-nə “Rosstat”ın ilk qiymətləndirməsinə görə 29,04 milyard rubl və ya ÜDM-in 14,5%-ni təşkil edib.

Eyni zamanda, ölkənin daxili dövlət borcunun həcmi 2,93 trilyon rubl və ya 14,1% artaraq 23,74 trilyon rubl və ya Rusiyanın daxili dövlət borcunun yuxarı həddinin (266,8 milyon rubl) 89 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: