Ağ Ev: Ərazi güzəştləri məsələsi ABŞ və Ukrayna arasında müzakirə olunub

A- A A+

ABŞ və Ukrayna nümayəndələri Kiyevin ərazi güzəştləri məsələsini müzakirə ediblər.

NUHÇIXAN-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Bunu ABŞ prezidenti Donald Trampın komandası və ukraynalılar müzakirə ediblər. Mən bu tribunadan bu xətlərin hara çəkiləcəyi və ya başqa detallar barədə danışmayacağam. Sabah ABŞ prezidenti ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq söhbətdən qabağa getməyim düzgün olmazdı”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: