Ukrayna Səudiyyə Ərəbistanında keçirilən görüşdə əldə olunmuş razılaşmaların icrasına başlamağa hazırdır və hesab edir ki, ötən həftə Ciddədə amerikalılarla aparılan danışıqlar münaqişəyə 2025-ci ildə son qoyulmasına yol açıb.
NUHÇIXAN Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Hindistanın paytaxtında keçirilən “Raisina Dialogue 2025” konfransında çıxışı zamanı bildirib.
"Ciddədən sonra bu müharibəni bu il bitirmək üçün yeni əlavə imkanlarımız yaranıb. Biz buna hazırıq və sülhə nail olmaq üçün maneə deyilik", - o qeyd edib.
Nazirin sözlərinə görə, Kiyev vəziyyəti daha yaxşı başa düşmək üçün ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığının nəticələrini gözləyir.