Bu gün Türkiyədə Şəhidləri Anma və Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerin də iştirak etdiyi Çanaqqalada keçirilən mərasimdə Dövlət Bayrağı göylərə çəkilib. Nazir, həmçinin Türkiyə Böyük Millət Məclisi tərəfindən 1994-cü ildə 253 min şəhidin xatirəsinə təsis olunmuş “Çanaqqala keçilməz” qızıl medalını bayrağa sancıb. Sonra Zəfər şərəfinə toplardan 21 yaylım atəşi açılıb.
Mərasimdə Türkiyə parlamentinin üzvləri, vali və bələdiyyə sədrləri iştirak ediblər.