Tramp: Rusiya və Ukrayna arasında atəşkəs sazişinin bir çox bəndi razılaşdırılıb

A- A A+

Rusiya və Ukrayna arasında atəşkəs sazişinin bir çox elementi artıq razılaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

"Bu gün Prezident Vladimir Putinlə Ukraynadakı müharibə barədə danışacağam. Yekun sazişin bir çox elementi razılaşdırılıb, lakin hələ görülməli çox iş var", - o yazıb.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqlarda ABŞ tərəfi Rusiya ilə 30 günlük hərtərəfli atəşkəsin tətbiq edilməsini təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: