Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.
Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.
HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.