Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin davamlı və uzunmüddətli olacaq sülh yolu ilə həllinə fundamental sadiqliyini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Münaqişənin sülh yolu ilə həllinə əsaslı sadiqliyini təsdiq edən Rusiya Prezidenti amerikalı tərəfdaşları ilə kompleks, davamlı və uzunmüddətli nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün işləməyə hazır olduğunu açıqlayıb”, – bəyanatda deyilib.
Dövlət başçısı həmçinin bir daha qeyd edib ki, həll yolları “böhranın əsas səbəblərini və Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarını aradan qaldırmaq üçün mütləq ehtiyacı” nəzərə almalıdır.