Türkiyəli nazir vətəndaşları haqlarını küçədə deyil, məhkəmələrdə axtarmağa çağırıb

A- A A+

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər saxlanılanlar barəsində yayılan şayiələri əsassız adlandırıb.

NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, hökumət rəsmisi araşdırmalar başa çatmadan prosesə yekun qiymət verməyin doğru olmadığını bildirib.

"Son hadisələri dövlət çevrilişi kimi ittihamlarla xarakterizə etmək düzgün deyil", - Y.Tunc qeyd edib.

Nazir vətəndaşların etiraz məqsədilə küçələrə çıxmağa çağırılması məsələsinə də toxunub:

"Hüquqi dövlətdə cinayət törədilməsi iddiası varsa, müdafiə olunacağı yer küçələr deyil, məhkəmələrdir. Cinayətin törədilməsinə dair sübutlar olduqda hüquq-mühafizə orqanları araşdırma aparır. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları prezidentlə əlaqələndirmək doğru deyil".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: