Ermənistan BMT-yə hərbi attaşe təyin edəcək

A- A A+

Ermənistan ölkənin BMT yanındakı daimi nümayəndəliyinə hərbi attaşe təyin edəcək.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin martın 20-də keçirilən iclasında qəbul edilib.

Müdafiə məsələləri üzrə attaşe BMT Katibliyinin Sülhməramlı Əməliyyatlar Departamenti (DPO) ilə əməkdaşlığı gücləndirməyə çalışacaq.

Məlumatda qeyd olunur ki, bu, Ermənistan sülhməramlı qüvvələrinin imkanlarının artırılmasına və onların BMT-nin sülhməramlı missiyalarında iştirakının genişləndirilməsinə töhfə verməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: