İsrailin Qəzzaya yeni zərbələri nəticəsində 70-dən çox fələstinli ölüb

A- A A+

İsrailin Qəzza zolağını yenidən bombalamağa başlamasından sonra martın 20-də anklava endirilən aviazərbələr nəticəsində azı 70 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.

NUHÇIXAN “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə rəsmisi bildirib.

Həkimlər bildiriblər ki, zərbələr Qəzzanın şimal və cənubunda bir neçə evi hədəf alıb.

Xatırladaq ki, yanvar ayından bəri davam edən atəşkəsin pozulmasından sonra İsrail martın 19-da Qəzzaya kütləvi hücumları bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: