ABŞ Dövlət Departamenti: Rusiya və Ukrayna atəşkəsə həmişəkindən daha yaxındır

A- A A+

Ukrayna və Rusiyanın tam atəşkəs haqqında razılığa gəlməyinə yalnız bir addım qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce “News Nation” telekanalında bildirib.

“Biz tam atəşkəsdən bir nəfəs aralıyıq və bundan sonra biz təkcə bir həftəlik və ya altı aylıq sülh haqqında deyil, Ukrayna, Rusiya və dünya xalqlarının arxalana biləcəyi davamlı sülh haqqında danışmağa başlaya bilərik”, - deyə Bruce deyib.

"Biz bu iki tərəflə heç vaxt sülhə yaxın olmamışıq" – deyə o vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Səudiyyə Ərəbistanında Moskva və Kiyev nümayəndələri arasında Ukrayna nizamlanması üzrə dolayı danışıqlar aparmağı planlaşdırdığını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: