İsrailin atəşkəsi pozmasından sonra son 72 saat ərzində Qəzza zolağında 600-ə yaxın fələstinli həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, İsrailin hücumları intensivləşdikcə ölənlərin sayı artmaqda davam edir.
Kanal vurğulayıb ki, yeni bombardmanların fonunda İsrail hərbçiləri ölkənin cənubundakı Rəfah şəhərində və Fələstin anklavının şimalındakı Beyt-Lahiya şəhərində yerüstü əməliyyata başlayıb.