Pentaqon 800 milyon dollar israfçı xərclər aşkarlayıb

A- A A+

ABŞ Müdafiə Nazirliyi Hökumət Mükəmməlliyi İdarəsi (DOGE) ilə birlikdə təxminən 800 milyon dollar dəyərində israfçı xərcləri müəyyən edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

“İlk bir neçə həftə ərzində ümumilikdə 800 milyon dollarlıq israfçı xərclər kəsilib. Bu gün mən prezidentin və ya bu idarənin prioritetlərinə uyğun gəlməyən 580 milyon dollardan çox müqavilə və qrantların ləğv edilməsini nəzərdə tutan memorandumu imzalayıram. Başqa sözlə, onlar vergi ödəyicilərinin dollarlarından yaxşı istifadə etməyiblər”, - Heqset bildirib.

Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ hökumətinin xərclərinin geniş miqyaslı auditinə başlayıb. Departamentin fəaliyyətinə nəzarət edən İlon Maskın açıqlamalarına görə, o, Vaşinqtonun hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: