Dövlət Departamenti: Ukraynada tam atəşkəsə bir addım qalıb

A- A A+

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib ki, Ukraynada tam atəşkəsə bir addım qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə diplomat “The Hill” nəşrinə açıqlamasında deyib.

“Biz tam atəşkəsə bir addım qalmışıq, sonra təkcə bir həftə və ya altı aya sülhün bərqərar olması haqqında deyil, Ukrayna, Rusiya və bütün dünyanın xalqlarının arxalana biləcəyi uzunmüddətli sülh haqqında danışmağa başlaya bilərik. Amerika bunu mümkün etməyə kömək etdi və biz bunu hər gün etməyə davam edirik”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: