Martın 27-də Parisdə Ukrayna sammiti keçiriləcək

A- A A+

Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.

“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər” koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.

Bundan əvvəl Bloomberg agentliyi Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: